Rəşad Sadiqov: Bunu unutmaq çətin olacaq
25 noyabr 2014 00:10
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun oldu. Amma bu oyuna daha təcrübəli hakim təyin etsəydilər, daha yaxşı olardı. Son saniyələrdə qol buraxmaq çox üzücü idi. Bunu unutmaq çətin olacaq".