"İkinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi"
24 noyabr 2014 19:15
c Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.