Anar Bəkirov: Ötən mövsüm biz Neftçiyə uduzduğumuz oyunda da hakim səhvləri vardı
24 noyabr 2014 13:35
"Simurq"un prezidenti Anar Bəkirov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan (3:2) sonra "Neftçi" ilə qarşılaşmadakı (1:0) hakimlikdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Eşitmişəm ki, "Neftçi" hakimlikdən narazı qalıb. Amma mənim fikrimcə, həmin oyunda hakimlik normal idi. Lazım gəlsə, biz də bəzi epizodların görüntüsünü yaya bilərik, hansı ki, həmin epizodlarda "Neftçi"nin futbolçularına qırmızı vərəqə verilməli idi. Yeri gəlmişkən, biz ötən il "Neftçi"yə uduzduğumuz oyunda da hakim səhvləri var idi".