Neftçi Araz Abdullayevi cəzalandırdı
24 noyabr 2014 12:55
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb. Azerisport.az xəbər verir ki, futbolçu ötən gün komandasının oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.
Araz Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək. (klub saytı)