Qaltye: Qarabağla oyunda bizə 5-ci heç-heçə yox, ancaq qələbə lazımdı
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye ölkə çempionatının son turu çərçivəsində qarşılaşdıqları "Nant"la oyundan (1:1) sonra açıqlamalar verib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan komandanın çalışdırıcısı noyabrın 27-də baş tutacaq Ağdam klubu ilə oyun öncəsi maraqlı məqamlara toxunub:
"Nant" yaxşı komandadı. Amma mən istənilən halda bu xal itkisinə görə məyusam. Çünki yaratdığımız çoxsaylı qol epizodlarına məsuliyyətsiz yanaşırıq, onlardan lazımınca yararlanmırıq".
"Bizim heyətimizi görən hər kəs bilir ki, Avropa Liqası ilə Liqa-1 arasında hansısa fərq qoymuruq. Bizim üçün "Nant"la oyun "Qarabağ"la qarşılaşma qədər vacib idi. Gözəl başa düşürük ki, bizi çətin həftə gözləyir. Amma bizə həm Avroliqada, həm də çempionatdakı bütün məsələlərə aydınlıq gətirməyimiz lazımdı".
"Qarabağ"la oyunda heyətdə nə dəyişiklər olacaq? İndidən bu barədə nəsə demək çətindi. Çünki hələ azərbaycanlılarla oyun üçün məşqlərə başlamamışıq. Meydana hamıdan daha yaxşı hazır olan futbolçular çıxacaqlar. Ardıcıl beşinci heç-heçə? Xeyr, bizə ancaq qələbə lazımdı. Dediyim kimi, qarşıya qoyulan vəzifəyə çatmaq üçün buna məcburuq".