Skarduelli: Məğlubiyyətə görə çox məyusuq
21 noyabr 2014 11:30
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Vanderson Skarduelli Topaz Premyer Liqasının 12-ci turunda "İnter"ə məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana qələbə üçün çıxmışdıq. "İnter"in kifayət qədər çətin rəqib olduğunu bilirdik. Bəzi epizodlarda dəqiq oynaya bilmədik. Əks halda hesab bizim xeyrimizə ola bilərdi. Amma uduzduq. Buna görə çox məyusuq".