Azərbaycan millisinin rəqibi baş məşqçisiz qaldı
21 noyabr 2014 01:10
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqibi Bolqarıstan baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin son toplantısında məşqçilər korpusunun istefasına qərar verilib.
Bu üzdən də baş məşqçi Lyuboslav Penev, onun köməkçiləri Radoslav Sdravkov, David Rodriqes və Yordan Yordanov vəzifəsindən azad olunub.