Tərlan Əhmədov: Sanki, stadion lənətlənib
20 noyabr 2014 18:50
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 3:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək. İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü ildən bəri öz meydanımızda qələbə qazana bilmirik Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır".