Emeqara: Layiqli qələbə qazandıq
20 noyabr 2014 18:35
"Qarabağ"ın hücumçusu İnnosent Emeqara Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 4:2 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin olacağını bilirdik. "Bakı" gənc, aqressiv komandadı. Amma biz qol epizodlarımızdan yaxşı yararlandıq və layiqli qələbə qazandıq".