PFL yenilik etdi
20 noyabr 2014 16:00
Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılacaq. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 13-cü turundan etibarən hər turun bir oyununa bu tip səfərlər gerçəkləşdiriləcək.
İlk belə səfər 13-cü turda baş tutacaq “Qəbələ” – “Simurq” (23.11.2014, saat 17:15) oyununadır. Matçı işıqlandırmağı arzulayan jurnalistlər bununla bağlı [email protected] ünvanına müraciət edə bilərlər. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün AFFA-nın inzibati binasının qarşısından yola düşəcək. Qeydiyyat müddəti 22 noyabr saat 12:00-da başa çatacaq. (PFL)