AFFA rəsmisi: Qazonun rənglənməsinə UEFA razılıq vermişdi
17 noyabr 2014 19:50
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Norveç yığmasının nümayəndələrinin "Bakcell Arena"nın ot örtüyü ilə bağlı çoxsaylı açıqlamalarına cavab verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Norveçlilər buna görə çoxsaylı narazılıqlarını dilə gətirsələr də, unutmamalıdılar ki, buna UEFA rəsmiləri öz razılığını vermişdi. Bu, qanunsuz olsaydı, matç keçirilməzdi".