Yığmamızın üzvləri oynadı, Türkiyə klubu mərhələ adladı
30 oktyabr 2014 11:25
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi “Qaziantep BB" komandası öz meydanında “Yeni Aksarayspor” üz-üzə gəlib.
Oyun ev sahibi komandanın1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Qaziantep təmsilçisi adını növbəti mərhələyə yazdırıb.
Bu görüşdə hər üç futbolçumuz forma şansı əldə edib. Belə ki, Budakla Hacıyev start heyətdə meydana çıxıbsa, Rəhman 78-ci dəqiqədə əvəzlənib. Cavadov isə fasilədən sonra meydana çıxıb.