Cihan Özkara Rizəspora qarşı oynamadı
26 oktyabr 2014 00:55
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası "Sivasspor" da növbəti matçına çıxıb.
Onun komandası "Rizəspor"la qarşılaşıb. Oyun rizəlilərin 1:0 hesablı qələbəsiylə başa çatıb. Cihan bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
"Sivasspor" hazırda 5 xalla 16-cı yerdə gedir.