Mehdiyevə yenə ehtiyac duyulmadı
26 oktyabr 2014 00:25
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Alanyaspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Mehdiyev bu qarşılaşmada matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 4 xalla 15-ci pillədə qərarlaşıb.