Əsgər Abdullayev: Bu gündən seleksiya işinə başlamalıyıq
25 oktyabr 2014 20:10
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunla bağlı geniş danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, çox zəif oynadıq. “Simurq”u təbrik edirəm. Bizim zəif cəhətlərimiz çoxdu. Bu gündən seleksiya işinə başlamalıyıq”.