İbrahim Uzunca: Oyunları çirkinləşdirmirik
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mən bu gün meydanda sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdı. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.