Azərbaycan İsveçrə ilə üz-üzə
25 oktyabr 2014 12:20
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Belçikanın Beringen şəhərindəki “Mijnstadion” stadionunda Azərbaycan və İsveçrə yığma komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq oyuna təyinatlar aşağıdakı kimidi:
Baş hakim: Atenasios Giachos (Yunanıstan)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)
UEFA nümayəndəsi və hakim-inspektor: Uno Tutk (Estoniya)
Qeyd edək ki, millimi ilk görüşündə Belçikaya 0:3 hesabıyla uduzmuşdu. İsveçrə isə Bosniya və Herseqovina yığmasına 0:1 hesabıyla uduzub.