Yığmamızı Prosineçki çalışdıra bilər
25 oktyabr 2014 12:10
Futbol üzrə Azərbaycan yığmasını xorvatiyalı mütəxəssis Robert Prosineçki çalışdıra bilər. Azerisport.a xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Prosineçki AFFA-dan belə bir təklif alıb və hazırda onu götür-qoy edir.
Qeyd edək ki, Prosineçki yığma komandalarda çalışmaq təcrübəsinə malikdi. O, vaxtilə Xorvatiya millisində Slaven Biliçin yardımçısı olub. Bundan sonra isə o, Serbiya "Srvena Zvezda"sında işləyib. Bu komanda ilə 2011-ci ildə Serbiya Kubokunu qazanıb. 2012/13 mövsümündə bu çalışdırıcı Türkiyə "Kayserispor"unda çalışıb.