Branimir Subaşic üçün yeni baş məşqçi
23 oktyabr 2014 17:30
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşicin çıxış etdiyi Türkiyə “Manisaspor”u komandaya yeni baş məşqçi təyin edib. Azerisport.az xəbər veir ki, bir necə gün öncə Tahir Karapınarı istefaya göndərən PTT 1-ci Liqa təmsilçisi digər yerli mütəxəssis Taner Taşkınla anlaşıb.
Yerli mətbuatın yazdığına görə ən qısa zamanda bu barədə rəsmi açıqlama veriləcək və müqavilənin detalları bəlli olacaq.
Qeyd edək ki, vaxtilə "Manisaspor"da futbolçu olaraq da çıxış edən, 42 yaşlı məşqçi son olaraq yerli "Menemen Bələdiyəspor"u çalışdırıb. Həmin komandanı tarixində ilk dəfə 2-ci liqaya çıxaran Taşkın ötən həftə istefa verib.