Çertoqanov: Qarabağ Dneprə uduzmayacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu, "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"Dnepr"in müxtəlif turnirlərdəki çıxışını izləyirəm. Amma mənə elə gəlir ki, "Qarabağ" bu rəqibinə uduzmayacaq. "Qarabağ" güclü komandadı. Deməzdim ki, ukraynalılar indi daha güclüdülər. Qurban Qurbanovun yetirmələri top saxlamağı yaxşı bacarırlar, daha çox yerlə oynayırlar. Müdafiəçilər də texnikalıdılar, müdafiədən hücuma sürətli keçməyi bacarırlar. Kollektivdə həmişə yaxşı atmosfer hökm sürür. "Qarabağ"ın aparıcı oyunçuları Reynaldo və Riçard Almeydadı. Rəşad Sadıqovu da qeyd edərdim. O, həm klubda, həm də yığma komandada kapitandı. Qapıçıları - İbrahim Şehiçlə Fərhad Vəliyev səviyyəli oyunçulardı və hər ikisi sabit çıxış edirlər, böyük təcrübəyə malikdilər".