Adil Mahmudov: Oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi
22 oktyabr 2014 17:15
Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Qaradağ Lökbatan” “Zirə”ni 1:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov oyundan sonra bunları söyləyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdi”.