Aqil Nəbiyev: Mahmud Qurbanovu dəstəkləmək lazımdı
22 oktyabr 2014 11:05
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Aqil Nəbiyev Mahmud Qurbanovun milli komandamıza müvəqqəti baş məşqçi təyin edilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Foqtsun çalışdığı altı il ərzində yığmamıza nə verdiyini demək çətindi. Bunu müzakirə etmək mənə çətindi. O, futbolçularımızı qeyri-peşəkar adlandırıb? Bu, onun mövqeyidi. Gedənin arxasınca danışmazlar. Nəzərə almaq lazımdı ki, Foqtsun seçim imkanı çox az idi. Mahmud Qurbanova gəlincə, o, gəncdi. Buna görə də onu dəstəkləmək lazımdı".