Dneprin forvardı Qarabağa qarşı oynaya biləcək
21 oktyabr 2014 12:10
Ukrayna "Dnepr"i "Qarabağ"la oyun öncəsi şad xəbər alıb. Azerisport.az xəbər verir ki, "ağ-göylər"in zədəli futbolçusu Roman Zozulya sağalıb.
Belə ki, zədə səbəbindən son turdakı "Çernomorets" matçında oynaya bilmyən 24 yaşlı hücumçu Ağdam təmsilçisi ilə oyuna kimi tam hazır olacaq. Bunu komandanın həkimi Nikolay Lineviç də təsdiqləyib. O, ukraynalı forvardın "Qarabağ"la oyunda iştirak etmək üçün çox can atdığnı və tez zamanda sağaldığını deyib.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” qarşılaşması oktyabrın 23-də Bakı vaxtı ilə saat 00:05-də Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.