İmamvediyev Subaşiç və komandası üzərində qələbəyə sevindi
20 oktyabr 2014 16:05
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" millimizin sabiq hücumçusu Branimir Subaşiçin top qovduğu "Manisaspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə meydana çıxan İmamverdiyev 60-cı dəqiqədə əvəzlənib. Subaşiç isə bütün oyunu meydanda olub.
Hazırda "Elazığspor" 8 xalla 9-cu, "Manisaspor" isə 18 xalla 4-cüdü.