Millimiz Kayzerslauternlə bacarmadı
20 oktyabr 2014 11:01
Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, 1FC “Kayzerslautern” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın qolunu Budaq Nəsirov vurub.