Foqts Borussiyada peyda ola bilər
19 oktyabr 2014 00:15
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts karyerasını Münhenqladbax "Borussiya"sında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, klub prezidenti Rolf Koniqs bu mütəxəssisi baş məşqçi Lusian Favrın məsləhətçisi görmək istəyir.
Qeyd edək ki, Foqts futbolçu karyerası dövründə məhz bu komandada çıxış edib. O, hazırda da Münhenlaqdax klubunun əsas fanatlarındandı.