Neftçi Araz Abdullayevə görə klubdaxili iclas keçirdi
18 oktyabr 2014 15:45
Bu gün “Neftçi”nin klubdaxili iclası keçirilib. Azerisport.az xəbər verir ki, komanda rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə baş tutmuş toplantıda “Sumqayıt” - “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu Araz Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib.
Klubdaxili nizam-intizam qaydalarını pozan yarımmüdafiəçi baş məqşçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Bu gün keçirilmiş məşqdən öncə Araz Abdullayevin cəzalandırılması ilə bağlı komanda üzvlərinə və futbolçulara məlumat verilib. (klub saytı)