Jaba rəsmi müqaviləyə imza atdı
Yenidən “Bakı”ya qayıdan Jaba ötən gün klub prezidenti Hafiz Məmmədovla görüşərək, 1 illik rəsmi müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, görüş zamanı Hafiz Məmmədov yenidən Jabanı “Bakı”da görməkdən məmnun olduğunu bildirib.
Klub prezidenti vurğulayıb ki, Jaba “Bakı” üçün çox vacib oyunçudu. Gənc futbolçular ondan çox şey öyrənə bilərlər. Öz növbəsində Jaba da göstərilən etimada görə Hafiz Məmmədova minnətdarlıq edib. Yenidən “Bakı”ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən braziliyalı forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib.
Jaba əlavə edib ki, burada özünü əla hiss edir: “Yenidən öz evimə qayıtmışam. "Bakı" buradan getdiyim vaxtlarda da həmişə ürəyimdə olub. Çox sevinirəm ki, yenidən buradayam. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacam".