Rəşad Sadıqov İnterlə matçın iştirak ərizəsində olacaq
2 oktyabr 2014 17:00
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək İtaliya "İnter"i ilə oyunun iştirak ərizəsində olacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov zədəsi olan futbolçunu ilk dəqiqələrdən meydana buraxmağı planlaşdırmasa da, ehtiyatda saxlamaq fikrindədi.
Qeyd edək ki, Sadıqov Premyer Liqanın son turlarında zədə səbəbindən meydana çıxa bilmir.