Kristof Qaltye: Qarabağ hələ sözünü deməyib
2 oktyabr 2014 14:15
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində rəqibləri olan Ukrayana "Dnepr"i arasındakı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İnter"lə "Dnepr" bizim qrupda favorit ola bilər. Çünki hazırda onların avrokuboklardakı təcrübəsi daha çoxdu. Bugünkü oyun bizim üçün çox vacibdi. Bir çox məqamlara aydınlıq gətirə biləcək oyundu. Amma "Qarabağ"ı da unutmaq olmaz. Bu komanda hələ öz sözünü deməyib. Bu qrupda bütün komandaların növbəti mərhələyə adlamaq şansı var".