Simurqda bir itki, bir dönüş
Bu gün "Simurq" Topaz Premyer Liqasının ilk turundan təxirə salınmış "Bakı" ilə matça çıxacaq. Azerisport.az xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanın hazırlıqları ötən gün tamamlanıb.
Son məşqini qarşılaşmanın keçiriləcəyi meydanda edən Zaqatala təmsilçisi istirahətə çəkilib. "Sarı-qaralar"ın heyətində yalnız uzun müddətdi zədədən əziyyət çəkən və hazırda bərpa prossesi keçən Murad Səttarlı bu matçda forma geyinə bilməyəcək. Son dörd oyunda cəza səbəbindən komandasına kömək edə bilməyən Draqan Çeran paytaxt təmsilçisi ilə görüşdə meydana çıxa biləcək. Ardıcıl altı oyunda "Bakı"ya məğlub olan "Simurq"un bu görüşü də klubun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Sonuncu dəfə 2010-cu il dekabr ayının 5-də paytaxt təmsilçisini məğlub edən Zaqatala təmsilçisi qalib gələcəyi halda turnir cədvəlində ikinci pilləyə qalxacaq.