Vaqif Cavadov: Millidən kənarda qalmağımın səbəbini bilmirəm
30 sentyabr 2014 00:10
Türkiyənin "Qaziantep BB" azərbaycanlı hücumçusu Vaqif Cavadov milli komandamıza dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Viza açdırmaq üçün mənim pasportumu da almışdılar. Yığmaya dəvət alacağımı gözləyirdim. Amma Berti Foqts mənə dəvət göndərmədi. Bu barədə nəsə deyə bilmərəm. Çünki yığmadan kənarda qalmağımın səbəbini bilmirəm".