Ayaz Mehtiyev oynamadı, komandası 1 xalla kifayətləndi
29 sentyabr 2014 00:17
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehtiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Altınordu" ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Mehdiyevin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Girəsunspor" 3 xalla 14-cü yerdə gedir.