Amit Quluzadə Atletikoya zədə səbəbindən kömək edə bilmir
23 sentyabr 2014 15:05
Portuqaliyanın “Atletiko” klubunun azərbaycanlı yarımmüdafiəçisi Amit Quluzadə komandasının son oyunlarında iştirak edə bilməyib. Azerisport.az saytına açıqlamasında o, bunu zədə ilə əlaqələndirib:
“Hazırda zədəmi sağaltmaqla məşğulam. Ümid edirəm ki, oktyabrın 1-dək formaya düşəcəm və “Oliveyrense” ilə nöcvbəti oyunda iştirak edəcəm”.
Qeyd edək ki, Amit yeni komandasındakı debüt matçında zədələnmişdi. Onun komandası 8 turdan sonra 23-cü yerdə gedir.