Şpiçiç: İnterin yeni forvarda ehtiyacı yoxdu
23 sentyabr 2014 14:00
“İnter”in yarımmüdafiəçisi Matiya Şpiçiç komandasının yeni hücumçuya ehtiyac duymadığını bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Ötən mövsüm çoxları deyirdi ki, “İnter”ə hücumçu lazımdı. Amma məhsuldarlığa görə biz yalnız çempion “Qarabağ”dan geri qaldıq. Bu mövsüm isə 16 qol vurmuşuq. Hesab edirəm ki, bizə yeni hücumçu lazım deyil. Bizim başqa problemimiz var: qol vəziyyətlərindən yararlana bilməmək. Mövsümə yaxşı başlamışıq. Birinci yeri tutmaq istəyirik. Əsas rəqiblərimiz “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Xəzər Lənkəran”dı”.