Eddi İsrafilovun La Liqadakı debütü uğurlu alındı
22 sentyabr 2014 13:20
Futbol üzrə İspaniya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - La Liqada çıxış edən "Qranada" da növbəti matçına çıxıbı.
Onun komandası səfərdə "Atletik"lə qarşılaşıb. Eddi də bu oyunda yeni komandası ilə ilk matçına çıxıb. O, hesab 0:0 olarkən, 62-ci dəqiqədə meydana çıxıb. İsrafilovun meydanda olduğu vaxtda 1 qol vuran komandası minimal hesablı qələbəyə sevinib.
İsrafilovun komandası hazırda 8 xalla 4-cü yerdə gedir.