Qarabağın daha bir əsas heyət üzvü sıradan çıxdı
22 sentyabr 2014 11:30
"Qarabağ"da Çumbinyonun zədələnməsinin ardından daha bir braziliyalı futbolçu sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Danilo Dias da zədələnib və onun qarşıdakı oyunlarda meydana çıxmayacağı bildirilir.
O, yaxın günlərdə menisk problemi səbəbiylə əməliyyat olunması gözlənilir. Diasın bərpa prosesi təxminən 2 ay çəkəcək.