Qarabağın rəqibi Hafiz Məmmədovun klubuna qalib gəldi
22 sentyabr 2014 00:25
Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə azərbaycanlı biznesmen Hafiz Məmmədovun sahibi olduğu "Lans"ın qonağı olub. "Qarabağ"ın rəqibi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu 82-ci dəqiqədə Fabyen Lemon vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Sent-Etyen" 13 xalla 3-cü pillədə qərarlaşıb.