Dorinel Muntyanu: Biz bu oyunda iki xal itirdik
21 sentyabr 2014 22:35
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk növbədə bütün futbolçularımı yaxşı oyun münasibəti ilə təbrik edirəm. Futbolçular meydançada çox çalışdılar. Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadı. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Amma hesab edirəm ki, biz bu oyunda iki xal itirdik”.