Mircavadov: Reynaldo Vüqara ötürmə etməyə borclu idi
19 sentyabr 2014 15:25
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ı sərgilədiyi gözəl oyuna görə təbrik etmək istəyirəm. Azarkeşləri və təşkilatçılığı da xüsusi qeyd edə bilərəm. Böyük Azərbaycan bayrağı bütün stadionu tuturdu. Hesab oyuna görə olmadı. "Qarabağ" qələbə qazanmalı idi. Reynaldo yaxşı idi, amma bir epizodda o, Vüqar Nadirova ötürmə etməyə borclu idi. Elə hərəkət etsəydi, hesabı açardıq".