Qradel: Qarabağın hücuma keçməsini gözləyirdik ki...
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Maks-Alen Qradel Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Deməzdim ki, biz rəqibi düzgün qiymətləndirmədik. Sadəcə, Avroliqanın qrup mərhələsində zəif rəqib olmur. Öncədən də bilirdik ki, bizə çətin olacaq. Ona görə də ağır döyüşə hazır idik. Müdafiəyə daha çox diqqət yetirməyimiz də təəccüblü görünməməlidi. Axı səfərdə oynayırdıq. Bizə uduzmamaq lazım idi, ona da nail olduq. Yaxşı müdafiə olunduq, bir xal qazandıq. Əlbəttə, qələbə qazanmaq istərdik. Amma əsas qol buraxmamaq idi. "Qarabağ"ın hücuma keçməsini gözləyirdik ki, onları əks-hücumda yaxalayaq".