Rəşad Sadıqov: Bu oyunu qalib başa vurmağımız lazım idi
19 sentyabr 2014 00:25
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bu oyunu udmaq lazım idi. Qol vəziyyətlərimiz də var idi. Amma vura bilmədik. Reynaldo yaxşı oynadı. Amma futbolda hərdən elə oyunlar olur ki, nə qədər çalışsan da, qol vura bilmirsən. Yaxşı oynayan komanda həmişə qələbə qazanmır".