İmamverdiyev qol vurdu, komandası darmadağına sevindi
18 sentyabr 2014 14:30
Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, PTT 1-ci Liqa təmsilçisi evdə həvəskar liqada mübarizə aparan "Yolspor"la üz-üzə gəlib.
Klubun bazasında keçirilən oyun elazığlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin matçda iştirak edən İmamverdiyev 1 qolla komandasına kömək edib.