İnter Gürcüstana gedəcək
18 sentyabr 2014 13:55
Bakının "İnter" klubu Gürcüstana səfər edəcək. Azerisport.az xəbər verir ki, oktyabrın əvvəlində milli çempionatda yaranacaq fasilə zamanı "bankirlər" Gürcüstanda təlim-məşq toplanışı keçməyi planlaşdırır.
10 günlük hazırlıq zamanı "İnter" bir neçə yoldaşlıq görüşü keçirmək niyyətindədi.