Qarabağın azarkeşləri Sent-Etyenin fanatları ilə görüşəcək
18 sentyabr 2014 12:10
Azərbaycan çempionu "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyun ərəfəsində iki komandanın azarkeşləri arasında görüş olacaq.
Ağdamlı fanatlar rəqib komandanın Bakıya təşrif buyurmuş bir qrup azarkeşi ilə paytaxt gəzintisinə çıxacaqlar. Komandamızın tərəfdarlarının qonaqları Şəhidlər Xiyabanına da aparması gözlənilir.