Ansi Aqolli: Qrup mərhələsinə qələbə ilə başlamaq istəyirik
18 sentyabr 2014 00:25
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bilirəm ki, azarkeşlər bizi əvvəldən axıradək güclü dəstəkləyəcəklər. Fikrimcə, biz bu oyunda uğurlu nəticə qazana biləcək gücdəyik. Amma unutmamalıyıq ki, "Sent-Etyen" dünyanın ən güclü çempionatlarından birində çıxış edir. Buna baxmayaraq, qrup mərhələsinə qələbə ilə başlamaq istəyirik. Məqsədimiz ilk oyunda 3 xal qazanmaqdı".