Fotoreportaj|Video|На русском

Futbol

"Simurqda heç kəs evinə haram pul aparmır"

17 sentyabr 2014 13:00

Son iki turda məğlub olan “Simurq” artıq növbəti oyunun hazırlıqlarına start verir. Azerisport.az xəbər verir ki, komandanın kapitanı İlkin Qırtımov və vitse-kapitanlardan Amil Ağacanov son oyunlar və ümumi çempionat haqqında sualları cavablandırıblar. Hər iki futbolçu Zaqatala təmsilçisinin bu mövsüm nəticə qazanacağına inandıqlarını və azarkeşlərdən sona qədər onları dəstəkləmələrini istəyiblər.

- Öncə komandanın mövsümə hazırlıq səviyyəsi haqqında fikirlərinizi bilmək istərdik...
- (İ.Q.) Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələsi keçdi. Fikrimcə, hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdı. Lukas Treşnyak hələ komandaya tam uyğunlaşa bilməyib. Tək Draqan Çeranla da çox çətindi. Onu da “çox sağ olsunlar”, dörd oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq  Draqansız komandaya çox çətindi. “Neftçi” və “Qəbələ” oyunları da bunu bir daha göstərdi. Təəssüf ki, bu görüşlərdə məğlub olduq. Ancaq qeyd edim ki, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq.

- (A.A.) Komandanın mövsümə ümumi hazırlığını yüksək dəyərləndirirəm. Sloveniyada və Avstriyada gözəl təlim-məşq toplanışları keçdik, güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirdik. Nəticədə çempionatada pis başlamadıq. İlk iki turda qapımızdan qol keçirmədən qalib gəldik. Ancaq çox təəssüf ki, son iki turda məğlubiyyətə uğradıq. “Neftçi” ilə oyunda hər kəs gördü ki, necə gözəl oyun nümayiş etdirdik. Ancaq idman şansı bizdən yana olmadı. “Qəbələ” məğlubiyyətindən isə hələ də özümüzə gələ bilməmişik. Çünki bu matçda qalib gəlməнэ borclu idik. Uduzulası oyun deyildi. İnanıram ki, tezliklə bu qarşılaşmanı unudub, qarşıdakı matçlarda son iki turdakı səhvləri buraxmadan xallarımızı toplayacağıq.

- Qarşıda çətin və uzun marafon var. Sizcə, sonda komandanın qarşıya qoyulan məqsədə çatmaq üçün gücü çata biləcək?
- (İ.Q.) İnanıram ki, çatacaq. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacağıq. Biz özümüzə inanırıq. İndi hər kəs “Simurq”un gücünü bilir və görür. Əvvəlki kimi deyil. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.

- (A.A.) Ümumi oyun səviyyəsinə baxanda ötən ilki “Simurq”dan güclüyük. Komandada hər kəs inanır ki, bu il nəticə verəcəyik və verməliyik də. Sonda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacağıq. Son dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdu. Komanda futbolu oynayırıq. Hər kəs öz işini bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik.

- Hazırda Premyer Liqada çıxış edən rəqibləri necə dəyərləndirirsiz?  
- (A.A.)
Ümumi baxdıqda çempionatda zəif rəqib yoxdu. Əvvəl deyirdilər ki, “Araz Naxçıvan”, “Sumqayıt” bu mövsüm autsayder olacaq. Ancaq bu gün baxdığımızda, “Sumqayıt” turnir cədvəlinin lideridir. “Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdü, “Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qatışdığından bütün güclərini çempionata verə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb öz oynumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq.

- (İ.Q.) 90 dəqiqə oynanılmadan heç bir oyun udulmur. Son oynumuz da bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdu. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və bir şey bilirik ki, hər tur bizim üçün finaldı. Mütləq qalib gəlməliyik.

- Qarşıda “Qarabağ”la çətin səfər oyunu var. Bu qarşılaşma haqqında nə deyərdiz?
- (İ.Q.)
“Qarabağ”ın bu həftə Avroliqada oyunları var. Bu görüşdən üç gün sonra bizlə görüşə çıxacaqlar. Gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq buna arxayın olmalı deyilk. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacağıq.

- (A.A.) Bütün rəqiblərimizə eyni səvviyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. Səfərə yalnız qələbə üçün çıxacağıq. Komandada hər kəs bunu yaxşı bilir və bir neçə gündə də yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacağıq.

- Son iki məğlubiyyətdən sonra xüsusən azarkeşlər məşqçilər heyətini və futbolçuları qınamağa başladı. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndirdilər. Bununla bağlı komandanın kapitanının və vitse-kapitanın fikirlərini nədi?
- (İ.Q.) Həmin azarkeşlər arasında olan ağsaqqallar yəqin “Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər gələnə-gedənə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis. Bu, futboldu. Kim istəyər ki, uduzsun. Hər oyunda bizi dəstəkələməyə yaşlısı, cavanı, uşağı gəlir. Hətta əlil arabasında belə gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk etsin? Özləri də oyun vaxtı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də, pul qazanmır. Qazandığımızdanda həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də, bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə o, bu barədə fikir səsləndir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.

- (A.A.) Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. “Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zamanda istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçu da insandı. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirsin. (klub saytı)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah