Sent-Etyen Bakıya 19 futbolçu ilə gəlir
17 sentyabr 2014 12:10
Fransanın "Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun üçün Bakıya 19 futbolçu gətirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Kristof Qalte komandamıza qarşı aşağıdakı futbolçuların xidmətindən yararlanmağa qərar verib:
Qapıçılar: Stefan Rüff, Jessi Mulen, Baptist Balet;
Müdafiəçilər: Mustafa Bayal Sall, Jonatan Brison, Florenten Poqba, Pol Bess, Fransua Kler, Jerold Nemek;
Yarımmüdafiəçilər: Reno Koad, Fabyen Lemuan, Jeremi Kleman, Benjamin Korne, İsmail Domand;
Hücumçular: Mevlut Erdinç, Kevin Monne-Pake, Yoan Mollo, Allen Sen-Maksimen, Maks-Alen Qradel.