Öncə Qurbanov, sonra Qalte
17 sentyabr 2014 00:01
Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Sent-Etyen" oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sentyabrın 17-də, saat 18:15-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq. Ağdamlıların oyun öncəsi son məşqi isə 18:45-də başlayacaq.
"Sent-Etyen"in baş məşqçisi Kristof Qalte isə 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi isə 20:00-da start götürəcək.
Xatıradaq ki, "Qarabağ" - "Sent-Etyen" oyunu sentyabrın 18-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. (klub saytı)