Sent-Etyen Qarabağla oyunun favoritidi
16 sentyabr 2014 11:23
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” Bakıda meydana çıxacaq "Qarabağ"ın şansının az olduğu qənaətindədi.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Qrup mərhələsi
18 sentyabr
Qarabağ - Sent-Etyen (3.20 – 3.30 – 1.85)